Şəbəkə və bağlantı həlləri müəssisələrin istifadəçilərini, cihazlarını, tətbiqlərini və məlumat mərkəzlərini güclü kommunikasiya infrastrukturu vasitəsilə birləşdirir. Simli və simsiz şəbəkələrdən geniş ərazi şəbəkəsi texnologiyalarına qədər uzanan bu həllər məlumatlara sürətli çıxışı, etibarlı kommunikasiyanı və biznes proseslərinin fasiləsiz həyata keçirilməsini dəstəkləyir.

Redington distribütoru olduğu qlobal texnologiya brendlərinin şəbəkə və bağlantı həlləri vasitəsilə müəssisələrin kommunikasiya infrastrukturlarını modernləşdirməsinə dəstək göstərir. Kommutasiya, marşrutlaşdırma, korporativ Wi-Fi, SD-WAN və şəbəkə idarəetmə həlləri ilə müxtəlif məkanlar və bulud mühitləri arasında bağlantını gücləndirir, müəssisələrin ehtiyaclarına uyğun, miqyaslana bilən və asan idarə olunan şəbəkə strukturları yaratmasına töhfə verir.

Korporativ Şəbəkə İnfrastrukturu

Korporativ Şəbəkə İnfrastrukturu

Müasir korporativ şəbəkə həlləri bizneslərin təməl infrastrukturu üçün yüksək sürətli, etibarlı və təhlükəsiz bağlantı bünövrəsi yaradır. Marşrutlama (routing) və kommutasiya (switching) texnologiyaları sayəsində məlumat axınlarının fasiləsizliyi zəmanət altına alınır və şəbəkə resurslarının idarə olunması optimallaşdırılır.

Software-Defined Wide Area Network (SD-WAN)

Software-Defined Wide Area Network (SD-WAN)

SD-WAN həlləri müxtəlif coğrafi məkanlar arasındakı qlobal şəbəkə (WAN) bağlantılarının proqram təminatı əsasında mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edir. Şəbəkə trafikini tətbiqlərin tələbatına uyğun optimallaşdırır, bağlantı məhsuldarlığını yüksəldir və WAN əməliyyatlarını maksimum sadələşdirir

Software Defined Networking (SDN)

Software Defined Networking (SDN)

SDN həlləri şəbəkə infrastrukturlarının proqram təminatı əsasında və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edərək ənənəvi şəbəkə strukturlarına daha çevik yanaşma gətirir. Şəbəkə siyasətlərinin avtomatik tətbiqinə, resursların dinamik idarə edilməsinə və dəyişən biznes tələbatlarına daha sürətli reaksiya verilməsinə imkan yaradır.

SASE və ZTNA

SASE və ZTNA

SASE və ZTNA həlləri şəbəkə infrastrukturu ilə kibertəhlükəsizlik imkanlarını vahid ekosistemdə inteqrasiya edərək istifadəçilərin tətbiqlərə və korporativ məlumatlara təhlükəsiz çıxışını zəmanət altına alır. İdentiklik və kontekst əsaslı sıfır etibar (Zero Trust) yanaşması sayəsində, əməkdaşların yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, korporativ resurslara tam nəzarətli və mühafizə olunan giriş təmin edilir.

Şəbəkə Şəffaflığı və NDR

Şəbəkə Şəffaflığı və NDR

Şəbəkə şəffaflığı (Network Visibility) və NDR (Network Detection and Response) həlləri şəbəkə trafikinin fasiləsiz analizini apararaq anomaliyaların və potensial kibertəhlükələrin operativ aşkar olunmasını təmin edir. Təşkilatlara şəbəkə daxilindəki bütün aktivlikləri dərinliklərinədək izləməyə və təhlükələrə qarşı anında reaksiya verməyə imkan yaradır

Biz sizin üçün buradayıq!

Redington zəmanəti ilə həllərimizdən faydalanmaq üçün indi müraciət edin.

İndi Müraciət Et!