Məlumat mərkəzi və infrastruktur həlləri müəssisələrə tətbiqlərini və məlumatlarını etibarlı, yüksək məhsuldarlıqlı və miqyaslana bilən mühitlərdə idarə etməyə imkan yaradır. Server, məlumat saxlama, şəbəkə və virtuallaşdırma texnologiyaları artan iş yüklərini dəstəkləməklə yanaşı, resurslardan səmərəli istifadəyə və biznesin fasiləsizliyinin gücləndirilməsinə töhfə verir.

Redington distribütoru olduğu qlobal texnologiya brendlərinin məlumat mərkəzi və infrastruktur həlləri vasitəsilə müəssisələrin İT mühitlərini modernləşdirməsinə dəstək göstərir. Fiziki infrastrukturdan proqram təminatı ilə müəyyən edilən arxitekturalara, hiperkonvergent sistemlərdən məlumatların qorunması və fəlakətdən sonra bərpa həllərinə qədər geniş portfeli ilə müəssisələrin ehtiyaclarına uyğun, çevik və asan idarə olunan infrastrukturlar qurmasına töhfə verir.

Məlumatların Saxlanılması

Məlumatların Saxlanılması

Məlumatların saxlanılması həlləri şirkətlərin müntəzəm artan məlumat axınını təhlükəsiz, fasiləsiz əlçatan və yüksek məhsuldarlıqla idarə etməsini təmin edir. Müxtəlif iş yüklərinə uyğunlaşan miqyaslana bilən saxlanma arxitekturası məlumat mərkəzinin effektivliyini artırır və əməliyyat səmərəliliyini maksimuma çatdırır.

Server və Konverqent / HCI İnfrastrukturu

Server və Konverqent / HCI İnfrastrukturu

Server və Konverqent/HCI (Hiper-konverqent) həlləri hesablama gücünü, məlumat saxlanmasını və virtuallaşdırma resurslarını müasir, miqyaslana bilən tək bir bünövrədə birləşdirir. Bu həllər məlumat mərkəzi əməliyyatlarını sadələşdirir, resurslardan istifadəni optimallaşdırır və yeni iş yüklərinin tətbiqini sürətləndirir.

Linux və Açıq Mənbəli Virtuallaşdırma

Linux və Açıq Mənbəli Virtuallaşdırma

Linux və açıq mənbəli virtuallaşdırma həlləri fiziki və virtual infrastrukturların çevik, etibarlı idarə olunmasını zəmanət altına alır. Açıq standartlara əsaslanan strukturlar sayəsində tətbiqləri bare-metal (fiziki server), virtual, konteyner və bulud mühitlərində rahatlıqla çalışdırmaq və vendor asılılığını minimuma endirmək mümkündür.

Ehtiyat Nüsxələmə və Cyber Recovery

Ehtiyat Nüsxələmə və Cyber Recovery

Ehtiyat nüsxələmə və kiberbərpa həlləri kritik korporativ məlumatları sistem qəzalarından, məlumat itkisindən və kiberhücumlardan qoruyur. Təhlükəsiz ehtiyat nüsxələmə, operativ bərpa və izolyasiya edilmiş məlumat nüsxələri imkanları fidyə proqramları (ransomware) daxil olmaqla bütün kəsintilərin təsirini neytrallaşdırır.

Məlumatların Əlçatanlığı, Biznesin Fasiləsizliyi və DR

Məlumatların Əlçatanlığı, Biznesin Fasiləsizliyi və DR

Məlumatların əlçatanlığı və biznesin fasiləsizliyi həlləri fövqəladə hallarda kritik sistemlərin işlək qalmasını və proseslərin ən qısa müddətdə bərpa olunmasını təmin edir. Fəlakətdən Bərpa (Disaster Recovery - DR) texnologiyaları şirkətlərin əməliyyat dözümlülüyünü artırır və xidmət kəsintilərindən yaranan biznes risklərini sıfıra endirir.

Biz sizin üçün buradayıq!

Redington zəmanəti ilə həllərimizdən faydalanmaq üçün indi müraciət edin.

İndi Müraciət Et!