Claroty sənaye, səhiyyə, dövlət və kommersiya təşkilatlarını Genişlənmiş Əşyaların İnterneti (XioT) mühitindəki bütün kiber-fiziki sistemləri qorumağa və idarə etməyə gücləndirir.

Genişləndirilmiş Əşyaların İnterneti (XioT)

Əməliyyat Texnologiyası (OT), IoT və kiber-fiziki sistemlərin mühafizəsinə fokuslanan aparici platforma kimi Claroty, təşkilatlara sənaye şəbəkələrini daha şəffaf, etibarlı və davamlı etməyə imkan yaradır. Claroty-nin innovativ həlləri — aktivlərin aşkarlanması, şəbəkə monitorinqi, təhdidlərin müəyyənləşdirilməsi və təhlükəsiz uzaqdan qoşulma funksiyaları ilə — OT və IT mühitlərini birləşdirən vahid təhlükəsizlik ekosistemi yaradır.

Məhsul Portfeli

Claroty Xdome

Claroty CPS Security — sənaye və Kiber-Fiziki Sistem (CPS) mühitlərinin qorunması üçün hazırlanmış bulud əsaslı, modul platformadır. Bu platforma aktivlərin inventarlaşdırılması, risklərin və zəif nöqtələrin idarə olunması, şəbəkə mühafizəsi, təhlükəsiz giriş və təhdidlərin aşkarlanması kimi funksiyaları vahid ekosistem altında birləşdirir. Claroty CPS Security, Gartner tərəfindən bazarın lideri kimi tanınır və təşkilatlara sənaye təhlükəsizliyində tam nəzarət, dayanıqlıq və etibarlılıq təmin edir.

Claroty Continious Threat Detection (CTD)

Claroty CTD — müəssisədaxili (on-premise), bulud və hibrid mühitlərdə tətbiq oluna bilən, əməliyyat texnologiyaları (OT), sənaye idarəetmə sistemləri (ICS) və kiber-fiziki sistemlər (CPS) üçün nəzərdə tutulmuş qabaqcıl təhlükəsizlik həllidir. Sistem aktivlərin aşkarlanması, risk və məruz qalma səviyyəsinin idarə olunması, həmçinin real vaxtda təhdidlərin müəyyənləşdirilməsi kimi funksiyaları təmin edir.

Claroty Edge

Claroty Edge — istehsal proseslərini dayandırmadan (non-disruptive) CPS və OT aktivlərini aşkarlamaq və onlar üzərində tam görünürlük əldə etmək üçün hazırlanmış çevik həllərdən biridir. Bu sistem mövcud infrastrukturdan istifadə etməklə inventar yaradılması və risklərin aşkarlanması funksiyalarını cəmi bir neçə dəqiqə ərzində həyata keçirir.