Trend Micro Deep Discovery Email Inspector Yeniləməsi

Trend Micro - Deep Discovery Email Inspector qurulumunu əvvəlki məqaləmdə izah etmişdim. Bu məqalədə isə qurulumdan sonrakı yeniləmələr zamanı ən çox rast gəlinən xətalardan birinin necə həll olunduğunu vizual materiallarla izah edəcəyəm.
Trend Micro-nun kritik yeniləmələrini Deep Discovery Email Inspector 5.1 versiyası üçün bu link üzərindən izləyə və lazım olan faylı yükləyərək planlı şəkildə sistemə inteqrasiya edə bilərsiniz.
Məhsulun quraşdırılması tamamlandıqdan sonra ilkin versiya olaraq 5.1.0.3149 qurulmuş olacaq.
Daha sonrakı yeniləmələri tətbiq etmək üçün yuxarıda qeyd etdiyim linkdən növbəti versiyanı yükləyirik və Administrator → Product Updates bölməsinə daxil olaraq yüklədiyimiz faylı sistemə əlavə edirik. Yeniləmə zamanı “Yüklə” seçimini etdikdə aşağıdakı kimi bir xəbərdarlıq mesajı ilə qarşılaşa bilərsiniz:
Bu vəziyyətdə etməli olduğumuz şeylərdən biri — mövcud versiyaya birbaşa olaraq daha yeni bir versiyanı qurmağa çalışmaqdan çəkinmək və ya aşağıdakı WM mühitində (Secure Boot) təhlükəsiz açılış funksiyasını deaktiv edərək serveri yenidən başlatmaqdır. Bu üsul problemi aradan qaldıra bilər.
Proses başa çatdıqdan sonra serveri yenidən başladın. Sonra quraşdırma prosesinə davam edirik.
Yeniləmə quraşdırılması başa çatdıqdan sonra yenidən başlayır və konsola daxil olaraq yeniləməni yoxlayırıq.
Mövcud versiyanı yoxladıqdan sonra problemin həll olunduğunu başa düşə bilərik.