Kritik infrastrukturun təhlükəsizliyi fayl şəbəkəyə daxil olmazdan əvvəl başlayır.
OPSWAT çoxsəviyyəli təhlükəsizlik yanaşması vasitəsilə İT və OT mühitlərində faylların, cihazların və məlumat ötürmələrinin qorunmasını təmin edir.

Fayl və məlumat təhlükəsizliyi

OPSWAT korporativ mühitlərə yüklənən, saxlanılan və ya ötürülən faylların yoxlanılmasına fokuslanır. MetaDefender platforması ənənəvi təhlükəsizlik vasitələrinin gözündən qaçan fayl mənşəli riskləri azaltmaq üçün çoxlu skanlama (multiscanning), Deep CDR (məzmunun dərin zərərsizləşdirilməsi) və qabaqcıl zərərli proqram təminatı analizini bir araya gətirir.

Məhsul portfeli

MetaDefender Core

Çoxqatlı skanlama (multiscanning), Deep CDR, fayl tipinin doğrulanması və əlavə qabaqcıl analiz səviyyələri vasitəsilə təşkilata daxil olan və ya çıxan faylları yoxlayır. API əsaslı inteqrasiyası təşkilatlara portallar, tətbiqlər və fayl iş axınları üzrə fayl mənşəli təhdidləri icra olunmazdan əvvəl aradan qaldırmağa kömək edir.

MetaDefender ICAP Server

Təhlükəsizlik siyasətlərinə uyğun olaraq ötürülən faylları skan etmək və ya zərərsizləşdirmək üçün ICAP dəstəkli proksi-serverlər, şlüzlər, yük balansı yaradanlar (load balancers) və müvafiq sistemlərlə inteqrasiya olunur. Mövcud arxitekturanın əsaslı şəkildə dəyişdirilməsinə ehtiyac qalmadan veb-yükləmələrə və korporativ fayl transferlərinə fayl təhlükəsizliyi qatını əlavə edir.

MetaDefender Storage Security

Real vaxt rejimində, planlaşdırılmış və ya tələbə əsasən skanlama vasitəsilə lokal (on-premises), hibrid və bulud anbarlarında faylları yoxlayır. MetaDefender Core ilə birlikdə işləyərək zərərli məzmunu bloklamaq, karantinə almaq və ya zərərsizləşdirmək üçün mərkəzləşdirilmiş və audit oluna bilən iş axınlarını təmin edir.

MetaDefender Aether (Sandbox)

Qabaqcıl və gizlənən zərərli proqramları müəyyən etmək üçün reputasiya kəşfiyyatı, statik analiz, adaptiv qum qutusu (sandboxing) və Sİ dəstəkli üsullardan istifadə edərək şübhəli faylları təhlil edir. Təhlükəsizlik əməliyyatlarını əməli analiz nəticələri və kompromis göstəriciləri (IOC) ilə zənginləşdirir.

MetaDefender Managed File Transfer (MFT)

İT və OT şəbəkələri arasındakı fayl transferlərinə kimlik, təsdiq, loqlaşdırma və təhlükəsizlik siyasətlərini tətbiq edir. Faylların çoxsəviyyəli yoxlanılmasını və zərərsizləşdirilməsini transfer iş axınlarına daxil edərək, seqmentləşdirilmiş və ya yüksək həssaslığa malik mühitlər arasında nəzarət edilən məlumat mübadiləsini təmin edir.

OT/ICS və kritik infrastruktur Təhlükəsizliyi

İstehsalat obyektləri, energetika infrastrukturu və sənaye idarəetmə sistemləri üçün əməliyyatların fasiləsizliyi kibertəhlükəsizlik qədər vacibdir. OPSWAT sənaye trafikinin qorunmasını, OT sistemlərinə üçüncü tərəflərin nəzarət edilən girişini və seqmentləşdirilmiş şəbəkələr arasında təhlükəsiz məlumat axınını birləşdirir.

Məhsul portfeli

MetaDefender Industrial Firewall

Sənaye protokollarını tanıyan trafik analizi və şəbəkə seqmentasiyası vasitəsilə istehsal xətləri, idarəetmə sistemləri və OT şəbəkələri üçün aktiv mühafizəni təmin edir. Əməliyyatların fasiləsizliyi tələblərini nəzərə alaraq, anomaliyalı kommunikasiyaların və icazəsiz fəaliyyətlərin qarşısını almağa kömək edir.

MetaDefender OT Access

Texniki xidmət komandaları, təchizatçılar və məsafədən işləyən mütəxəssislər üçün OT sistemlərinə nəzarət edilən girişi təmin edir. Kimlik və siyasət əsaslı avtorizasiya, sessiya monitorinqi və audit imkanları üçüncü tərəflərin giriş riskini azaltmağa və kritik əməliyyatlar üzrə cavabdehliyi artırmağa kömək edir.

MetaDefender Unidirectional Security Gateway (USG)

Müxtəlif təhlükəsizlik dərəcəsinə malik şəbəkələr arasında aparat səviyyəsində təmin edilən birtərəfli məlumat yolu yaradır və OT mühitlərindən əməliyyat məlumatlarının təhlükəsiz çıxarılmasını dəstəkləyir. Monitorinq və hesabatlıq üçün məlumatların əlçatanlığını qoruyarkən, əks kommunikasiya kanallarını məhdudlaşdırmağa kömək edir.

Cihaz, daşınan daşıyıcılar və giriş təhlükəsizliyi

Kritik sistemə qoşulan hər bir cihaz və daşınan daşıyıcılarda (USB və s.) ötürülən hər bir fayl risk yarada bilər. OPSWAT təşkilatlara fiziki media keçid məntəqələrindən və təchizatçı noutbuklarından tutmuş giriş sorğusu göndərən son nöqtələrə qədər cihazların təhlükəsizlik vəziyyətini doğrulamağa, faylları yoxlamağa və giriş siyasətlərini tətbiq etməyə kömək edir.

Məhsul portfeli

MetaDefender Kiosk

Kritik şəbəkələrə daxil olmazdan əvvəl USB disklərdə və digər daşınan daşıyıcılarda olan faylları yoxlayır. Çoxlu skanlama, Deep CDR və siyasət əsaslı emal vasitəsilə hətta təcrid olunmuş şəbəkələrdə belə daşıyıcı mənşəli təhdidlərə qarşı nəzarət edilən keçid məntəqəsi yaradır.

MetaDefender Drive 2

Təchizatçı noutbuklarını, iş stansiyalarını və digər müvəqqəti cihazları kritik şəbəkələrə qoşmazdan əvvəl skan etmək üçün portativ yoxlama alətidir. Əməliyyat sistemi yüklənməzdən əvvəl (pre-boot) və sistem daxilində skanlama imkanı daimi proqram təminatı quraşdırılmasına ehtiyac olmadan cihaz mənşəli təhdidləri müəyyən etməyə kömək edir.

MetaDefender Endpoint

Kritik İT və OT son nöqtələrində USB disklərinin və digər periferiya cihazlarının istifadəsinə təhlükəsizlik nəzarətini tətbiq edir. Daşınan daşıyıcıların skan edilməsi və zərərsizləşdirilməsi iş axınları faylların daha təhlükəsiz istifadəsi üçün mərkəzləşdirilmiş siyasətləri dəstəkləyir.

MetaDefender Access

İstifadəçilər korporativ resurslara daxil olmazdan əvvəl cihazların təhlükəsizlik vəziyyətini qiymətləndirir. Əməliyyat sistemlərini, təhlükəsizlik proqramlarını, şifrələməni, zağlanmaları (vulnerabilities) və yenilənmə səviyyələrini əhatə edən uyğunluq yoxlamaları Zero Trust (Sıfır Etibar) giriş siyasətlərini tətbiq etməyə kömək edir.